Icma.az bildirir, Bizimyol portalına istinadən.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Abdullah Xaybullayev vurub.
Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer alıb.
Günün ilk görüşündə Yevlaxda "Karvan-Yevlax" "Şamaxı"nı qəbul edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda meydan sahibi komanda 14 xalla sonuncu - 12-ci, qonaqlar isə 32 xalla 7-ci pillədə qərarlaşıb.(azərtac)