Premyer Liqa: “Sabah” “Şamaxı” ilə oyunda xal itirdi

08.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turuna yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son günündə “Sabah” “Şamaxı”nı qəbul edib.

“Sabah Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Karlos Eduardo (17-ci dəqiqə) və Coy-Lens Mikels (49-cu dəqiqə) vurublar.

Qonaqların heyətində isə Oruc Məmmədov (27-ci dəqiqə) fərqlənib. 62-ci dəqiqədə Rəhman Daşdəmirov avtoqol müəllifi olub.

Qeyd edək ki, turun bu gün baş tutan digər görüşündə “Sumqayıt” “İmişli” ilə qolsuz (0:0) heç-heçə edib. Daha əvvəl “Qarabağ” “Turan Tovuz”a (0:1) uduzub, “Neftçi” “Kəpəz”i (1:0), “Zirə” isə “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” matçında (2:2) isə qalib müəyyənləşməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью