Premyer Liqa: Sabah səfərdə Qəbələ yə qalib gəlib

17.10.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan matçda qonaqlar 4:0 hesablı qələbəyə seviniblər.

Qolları Abdulla Xaybulayev (45+2), Aleksey İsayev (74, 90+3) və Coy Lens Mikels (88) vurublar.

Hazırda "Sabah" 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xala malik "Qəbələ" isə onuncudur.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib.

///report///

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью