Premyer Liqa: “Sabah“ səfərdə “Turan Tovuz“a məğlub olub

30.10.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.

Moderator.az məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью