Premyer Liqa: Şamaxı Kəpəz dən üstün oldu

20.04.2025

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

Son günün ilk oyununda "Şamaxı” "Kəpəz”i qəbul edib.

Üç qolluq bu qarşılaşma meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Turun qapanış matçında isə "Zirə” "Sumqayıt”ı sınağa çəkəcək.

Daha öncə keçirilmiş "Araz-Naxçıvan” – "Turan Tovuz” matçında heç-heçə (1:1) qeydə alınıb, "Sabah” "Səbail”ə (3:2), "Qarabağ” "Neftçi”yə (3:0) qalib gəlib.

Azərbaycan Premyer Liqası

31-ci tur

20 aprel

"Şamaxı” – "Kəpəz” 2:1

Qollar: Alfons Msanqa, 27. Brahim Konate, 67 – Luis Paçu, 35.

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .

Şamaxı şəhər stadionu, 16:30.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью