Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Reyting.az-ın məlumatına görə, turun açılış oyununda “Səbail” öz meydanında evdə “Şamaxı” ilə qarşılaşıb.
Oyun qonaqarın qələbəsi ilə başa çatıb: 2:0.
Günün ikinci oyununda “Sumqayıt” “Qarabağ”la qarşılaşacaq.
“Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Kəpəz” – “Neftçi” matçı isə martın 5-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
25-ci tur
3 mart
“Səbail” – “Şamaxı” 0:2
Qollar: Vasili Bakiç, 41. Andrey Tırkovyanu, 63.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
“ASCO Arena”, 17:00.