Premyer Liqa: Şamaxı səfərdə Sumqayıt ı məğlub edib

13.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Cebheinfo.az" məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla altıncıdır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib -2:1.

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью