Premyer Liqa: Səbail Turan Tovuzla qarşılaşıb

09.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasında "Səbail" "Turan Tovuz"la qarşılaşıb.

"ASCO Arena"da reallaşan qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar yalnız final fitinə 4 dəqiqə qalmış məğlubiyyətdən xilaa ola biliblər. Faiq Hacıyev komandasına 1 xal qazandıran qolun müəllifi olub.

Turnir cədvəlində "Turan Tovuz" 26 xalla üçüncü, "Səbail" 8 xalla doqquzuncu sırada qərarlaşıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью