Premyer Liqa: Səbail Turan Tovuzla qarşılaşıb

09.11.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında “Səbail” “Turan Tovuz”la qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, “ASCO Arena”da reallaşan XIII turun qarşılaşmasında 1:1 hesablı heç-heçə qeydə alınıb.

Matçda hesabı 40-cı dəqiqədə meydan sahiblərindən Rüfət Abdullazadə açıb. Qonaqlar yalnız final fitinə 4 dəqiqə qalmış məğlubiyyətdən xilas ola biliblər. Faiq Hacıyev komandasına 1 xal qazandıran qolun müəllifi olub.

Turnir cədvəlində “Turan Tovuz” 26 xalla üçüncü, “Səbail” 8 xalla doqquzuncu sırada qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Neftçi” “Şamaxı” ilə (2:2) bərabərə qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью