Premyer Liqa: səfərdə onlar kimisi yoxdur

31.12.2024

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasında bu mövsüm səfər oyunlarında ən yaxşı nəticə göstərən komanda “Qarabağ”dır.

FutbolPress“in məlumatına görə, “atlılar” qonaq kimi çıxdığı 9 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə məğlub olmayan yeganə komandadır. Premyer Liqada lider olan kollektiv səfər görüşlərində 21 qol vurub, 3-nü buraxıb. Komandanın topladığı xal 23-dür.

Səfər görüşlərində ən yaxşı statistikası olan ikinci komanda “Araz-Naxçıvan”dır. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 9 görüşdə 7 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə də uduzub. Səfərdə 22 xal toplayan kollektiv 11 qol vurub, 4-nü buraxıb.

“Üçlüy”ü “Zirə” tamamlayır. “Qartallar” 9 səfər görüşündə 5 qələbə qazanıb, 1 heç-heçə edib, 3 dəfə isə uduzub. Rəşad Sadıqovun yetirmələrinin səfər xalları 16-dır. Komanda bu görüşlərdə 13 qol vurub, 8-ni buraxıb.

Səfər matçlarında qələbəsi olmayan iki komandadan biri “Səbail”dir. Bayıl təmsilçisi 9 görüşün 8-də uduzub, 1-də heç-heçə edib. Premyer Liqanın autsayderi səfər matçlarında ən pis statistikası olan kollektivdir.

Qonaq olduğu matçlarda 3 xala həsrət qalan digər kollektiv “Neftçi”dir. “Ağ-qaralar” 9 səfər matçında 5 heç-heçə edib, 4 qələbə qazanıb.

Şahin Cəfərov

Böyük beşlik, Əsas xəbərlər Ronaldo “Əl Nəsr”dən ayrıla bilər

31 Dekabr 2024, 8:21

Böyük beşlik, Əsas xəbərlər Premyer Liqa: “Mançester Yunayted” və “Çelsi” məğlub oldu

31 Dekabr 2024, 1:58

Böyük beşlik, Əsas xəbərlər A Seriyasında tura yekun vuruldu

31 Dekabr 2024, 1:54

Əsas xəbərlər, Ümumi idman Taekvondo üzrə ölkə çempionları bəlli oldu

31 Dekabr 2024, 0:27

Dünya futbolu, Əsas xəbərlər “Yuventus”un təklifi rədd edildi

30 Dekabr 2024, 23:36

Böyük beşlik, Əsas xəbərlər Sabiq “Çelsi”liyə yeni iş çıxdı

30 Dekabr 2024, 22:34

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью