Premyer Liqa: Siti dən kritik xal itkisi

05.05.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutub. 

Günün ilk matçında "Çelsi" doğma meydanda sürpriz şəkildə "Nottingem Forrest"ə məğlub olub: 1:3.

Günün son matçında çempionluq yolunda vacib görüş keçirilib.

"Mançester Siti" "Everton"un qonağı olub.

Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda qalib müəyyənləşməyib: 3:3.

Bu nəticədən sonra "Siti" xallarının sayını 71-ə yüksəldib. Lider "Arsenal"dan 5 xal geri qalan Qvardiolanın yetirmələrinin ehtiyatında baş tutmamış 1 oyun var.

Təxirə salınan matçda "Siti" - "Kristal Pelas"la üz-üzə gələcək. 

Qeyd edək ki, Premyer Liqada mövsümün başa çatmasına 3 tur qalıb. 

Kurtua məşqlərə qayıtdı "Siti" yetirməsini komandada saxlamağı planlaşdırır "Fənərbaxça" qərarını verdi: "VEST HEM"Ə QAYIDIR La Liqa klubunda ayrılıq - RƏSMİ "Real"ın gözü Mançesterdə: "SİTİ"DƏN TRANSFER
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью