Premyer Liqa: Son 8 mövsümün antirekordu

04.11.2024

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XII turu aşağı məhsuldarlıqla əlamətdar olub.

Sportal.az xəbər verir ki, baş tutan 5 görüşdə 5 qol vurulub. 

Yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü qolsuz bitib. Turda orta məhsuldarlıq 1,00-a bərabər olub.

Bu, son 8 mövsümün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью