Premyer Liqa: Son çempion Sabah ilk oyununa çıxır

15.08.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 15 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 18:30-da başlayacaq.

Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edəcək. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Qeyd edək ki, mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью