Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 aprel, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
AZƏRTAC xəbər verir ki, "İmişli" "Sumqayıt"ı qəbul edib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqlar 38 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu yerdədir.