Premyer Liqa: “Sumqayıt” “Neftçi” matçının stadionu dəyişdirilib

10.08.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununun yeri dəyişdirilib.

Bu barədə AZƏRTAC-a “gənclik şəhəri” təmsilçisindən məlumat verilib.

Bildirilib ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə qarşılaşma “SOCAR Polymer Arena”da təşkil olunacaq.

Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью