Premyer Liqa tarixində indiyə qədər cəmi üç dəfə yaşanan hal baş verdi

12.02.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində ötən gün keçirilən "Sanderlend" - "Liverpul" oyununda (0:1) komandaların start heyətində yer alan 22 oyunçudan heç biri ingilis futbolçu olmayıb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu, 1992-ci ildə yaradılan Premyer Liqanın tarixində baş verən dördüncü belə haldır. 

Tamamilə əcnəbi oyunçuların iştirak etdiyi ilk belə matç 2009-cu ildə, "Arsenal"ın "Portsmut"la qarşılaşdığı zaman baş tutub. "Topçular"ın həmçinin 2019-cu ildə "Çelsi"ylə duelində də analoji hal yaşanıb. 

Bu günə qədər ingilis oyunçularının iştirak etmədiyi sonuncu oyun 2025-ci ildə, "Fulhem" və "Mançester Siti" meydana çıxdığı zaman realaşıb.
 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью