Premyer Liqa təcrübəsi olan baş məşqçi Region Liqasına üz tutdu

03.03.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Rəvan"ın sabiq baş məşqçisi Bəhmən Həsənov region Liqasında çalışacaq. Sport24.az xəbər verir ki, PRO kateqoriyalı məşqçi "Xudat Siti"nin idman direktoru təyin edilib.

Bölgə təmsilçisi bu mövsüm AFFA Region Liqasında iştirak edəcək. Həsənov "Xudat Siti"nin akademiyasına da nəzarət edəcək.

Qeyd edək ki, Region Liqasında yeni mövsümün püşkü sabah atılacaq və çempionata martın 8-də start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью