Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Növbəti mövsümün hazırlıqlarını Qəbələdə keçirən iki Premyer Liqa təmsilçisi bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, yerli "Qəbələ" ilə qonşu "Şamaxı" sınaq matçında qaşılaşacaqlar.
Qəbələ şəhər stadionunda baş tutacaq matç 18:00-da start götürəcək.
Bu, hər iki komandanın hazırlıq dönəmində keçirəcəyi ilk yoxlama oyunu olacaq.
"Şamaxı" 2023/2024, "Qəbələ" isə 2024/2025 mövsümünün yekununda I Liqanın qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıblar.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.