Premyer Liqa təmsilçisi baş məşqçisini istefaya göndərəcək

06.01.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərəcək.

Redaktor.az xəbər verir ki, klub rəhbərliyi 58 yaşlı mütəxəssisi komandanın uğursuz çıxışlarına görə vəzifəsindən kənarlaşdırmağı düşünür.

Onun əvəzinə "çəkicdöyənlər"i Qrem Potterin çalışdırması gözlənilir.

Qeyd edək ki, "Vest Hem" Premyer Liqada 20 turdan sonra 23 xalla 14-cü sırada qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью