Premyer Liqa təmsilçisi İtaliya klubunun qapıçısını icarəyə götürüb

27.01.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin "Bornmut" klubu İtaliyanın "Latsio" komandasının qapıçısı Xristos Mandası icarəyə götürüb.

Moderator.az xəbər verir ki, 24 yaşlı qolkiper cari mövsümün sonuna qədər Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

Mandas 2025/2026 mövsümündə "Latsio"nun heyətində bir oyunda meydana çıxıb və qapısını toxunulmaz saxlayıb. Onun Roma kollektivi ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

"Transfermarkt" portalı Mandasın transfer dəyərini 5 milyon avro qiymətləndirir.

Qeyd edək ki, "Bornmut" İngiltərə çempionatında 23 turdan sonra 30 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью