Premyer Liqa təmsilçisi Mançester Siti nin futbolçusunu transfer etməyə YAXINDIR

26.01.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Fulhem" "Mançester Siti"nin hücumçusu Oskar Bobbun transferi ilə bağlı danışıqlarda son mərhələyə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər razılaşmanın detalları üzərində yekun müzakirələr aparırlar.

London klubu eyni zamanda 22 yaşlı norveçli futbolçu ilə şəxsi müqavilənin şərtlərini də müzakirə edir. "Şəhərlilər" Bobbun satışından təxminən 35 milyon funt sterlinq gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Oskar Bobb 2025/2026 mövsümündə meydana çıxdığı 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью