Premyer Liqa təmsilçisi Niderland millisinin üzvünü transfer edib

14.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqası təmsilçisi "Aston Villa" Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumçusu Doniell Maleni transfer edib.

"Report" xəbər verir ki, Niderland millisinin üzvü ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Bu transfer birminhemlilərə 25 milyon avroya başa gəlib.

Qeyd edək ki, D.Malen bu mövsüm "Borussiya"nın heyətində 21 matçda 5 qol vurub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью