Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İngiltərənin “Nottingem Forest” klubunun yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Şon Dayça tapşırılıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Təyinat bu gün rəsmən açıqlanacaq.
“Nottingem Forest” bir neçə gün əvvəl baş məşqçisi Ange Postekoqlu ilə yollarını ayırıb. Komanda Premyer Liqada 9 turdan sonra 18-ci sıradadır.