Premyer Liqa təmsilçisinin üzvünə 3 ölkədən təklif var

14.12.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada bu mövsümün sürpriz komandası "Araz-Naxçıvan"dır.

Redaktor.az xəbər verir ki, "boz qurdlar" hazırda çempionatın lideridir.

Bu məqam başqa klubların Naxçıvan təmsilçisinin futbolçularına maraq göstərməsinə səbəb olub. Artıq indidən "qırmızı-bəyazlar"ın üzvlərini istəyənlər var.

Bunlardan biri Felipe Santosdur. Premyer Liqanın bombardirinin 3 ölkədən təklifi var. Söhbət Türkiyə, Rusiya və Yunanıstandan gedir. Adı bəlli olmayan klublar qış "transfer pəncərəsi"ndə vinger üçün "Araz-Naxçıvan"a rəsmi təklif ünvanlayacaq.

Qeyd edək ki, 15 oyuna 8 qol vurub, 1 məhsuldar ötürmə edən Felipe Santosun Naxçıvan təmsilçisi ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью