Premyer Liqa: Tottenhem evdə Lester ə uduzub

26.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 yanvar, AZƏRTAC

İngiltərə Premyer Liqasında 23-cü turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Tottenhem" doğma meydanda "Lester"i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 33-cü dəqiqədə ev sahiblərinin heyətində Riçarlison açsa da, "Lester"də Cemi Vardi və Bilal Əl Xannouss fərqlənərək "tülkülər"ə üç xalı qazandırıb.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran "Lester" 17-ci pilləyə yüksəlib. London klubu isə 24 xalla 15-ci sırada qalıb.

Digər matçda isə "Brentford" eyni hesabla "Kristal Pelas"a qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью