Premyer Liqa: Turan Tovuz evdə Neftçi yə məğlub olub

10.05.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.

"Ölkə.az" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Emin Mahmudovla (9-cu dəqiqə), Dembo Darboe (32-ci təqiqə) fərqlənib. “Turan Tovuz”un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən “Neftçi” 6-cı pillədə qərarlaşıb. 49 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında “Sabah” “Şamaxı”nı 3:1, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью