Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz Naxçıvan”a qalib gəlib | I…
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”un qonağı olub.
Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 86-cı dəqiqədə Hayderson Hurtado vurub. Qonaq komandanın müdafiəçisi İqor Ribeyro 48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meyd
Bu qələbədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” turnir cədvəlinin 4-cü pilləsindəki mövqeyini qoruyub.
“Araz-Naxçıvan” isə 44 xalla ikinci sırada qərarlaşıb. Günün son oyunu "Neftçi Arena"da keçiriləcək.
Saat 19:00-da start götürəcək mərkəzi görüşdə lider "Qarabağ" "Neftçi"nin qonağı olacaq.
Tam oxu
Xəbəri oxu