Premyer Liqa uğrunda onlar mübarizə aparacaq

14.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

İngiltərə Çempionşipində pley-off mərhələsinin finalına yüksələn ikinci komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüş uğrunda matçda “Koventri”ni iki oyunun hesabına görə üstələyən “Sanderlend” finala fəsiqə qazanıb.

Frenk Lempardın rəhbərlik etdiyi “Koventri” ilk matçda 1:2 hesabıyla uduzub, cavab görüşündə isə 120-ci dəqiqədə buraxdığı qolla heç-heçə edib və finala yüksələ bilməyib.

“Sanderlend” finalda “Şeffild Yunayted”lə qarşılaşacaq. Qalib Premyer Liqaya vəsiqə əldə edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью