Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.
Günün ilk qarşılaşmasında “Zirə” səfərdə “İmişli”nin qonağı olacaq. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq. Hazırda “Zirə” 19 xalla turnir cədvəlinin beşinci, “İmişli” isə 11 xalla səkkizinci pilləsində yer alır.
Günün ikinci matçında “Sumqayıt” doğma meydanda “Sabah”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 19:00-a təyin olunub. “Bayquşlar” 21 xalla ikinci sırada qərarlaşıb. “Sumqayıt” isə 10 xalla doqquzuncu yerdədir.
Azərbaycan Premyer Liqası
XII tur
20 noyabr (cümə)
14:30. "İmişli" – "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Nazim Abdullayev
VAR: Kamranbəy Rəhimov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Yevlax şəhər stadionu
19:00. "Sumqayıt" – "Sabah"
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XII tura noyabrın 22-də yekun vurulacaq.