Premyer Liqa: XIII tur sülhlə yadda qalıb

11.11.2024

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının XIII turu sülhsevərliyi ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, bu turda keçirilən 5 oyundan 3-də heç-heçə qeydə alınıb.

“Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları eyni – 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

Eyni turda 3 bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu. 35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Millimizin heyətində dəyişiklik edilib Rəşad Sadıqov: “Bununla bağlı toplantılar keçiririk” “Qarabağ”dan böyükhesablı qələbə - YENİLƏNİB Coşqun oynadı, komandası zirvəyə yüksəldi “Qarabağ”ın futbolçuları mükafatlandırılıblar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью