Premyer Liqa: XVII tura bu gün start veriləcək Xəbər saytı Son xəbərlər və Hadisələr

14.12.2024

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bu gün Misli Premyer Liqasında XVII tura start veriləcək.

BAKU.WS xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə "Şamaxı" doğma meydanda autsayder "Səbail"i sınağa çəkəcək. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.

Günün növbəti görüşündə isə lider "Araz-Naxçıvan" "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Start fiti saat 16:30-da səslənəcək oyun "Liv Bona Dea Arena"da reallaşacaq.

Qeyd edək ki, turnir cədvəlinə 39 xalla "Araz-Naxçıvan" başçılıq edir. "Sabah" 23 xalla beşinci, "Şamaxı" isə 13 xalla yeddinci sırada qərarlaşıb. 8 xala malik "Səbail" isə sonuncu - onuncu sırada yer alıb.

Misli Premyer Liqası

XVII tur

14 dekabr

14:00."Şamaxı" - "Səbail"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı şəhər stadionu.

16:30."Araz-Naxçıvan" - "Sabah"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

VAR: Elçin Məsiyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

"Liv Bona Dea Arena".

Qeyd edək ki, turun digər qarşılaşmaları dekabrın 15-16-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью