Premyer Liqa: XVIII turun açılış oyunu heçheçə yekunlaşıb

20.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının XVIII turunun açılış oyununda "Kəpəz" və "Sumqayıt" komandaları bərabərə qalıb.

“Report”un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Qeydə alınan heç-heçədən sonra "gənclik şəhəri" təmsilçisi 20 xalla altıncı sırada qərarlaşıb. Qərb klubu isə 11 xalla doqquzuncudur.

Tura dekabrın 21-22-də keçiriləcək "Turan Tovuz" - "Neftçi", "Səbail" - "Zirə", "Şamaxı" - "Sabah" və "Qarabağ" - "Araz-Naxçıvan" görüşləri lə yekun vurulacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью