Premyer Liqa: “Yunayted” və “Liverpul” turu qələbə ilə tamamlayıb

30.11.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının XIII turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Mançester Yunayted” səfərdə “Kristal Pelas”la qarşılaşıb.

İlk hissəsi ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın sonunda sevinən tərəf qonaqlar olub. Oyun “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turdakı digər qarşılaşmada isə son zamanlar işləri qaydasında getməyən “Liverpul” səfərdə “Vest Hem”lə üz-üzə gəlib. Arne Slotun komandası Aleksandr İsak və Kodi Qakponun vurduğu qollar sayəsində 3 xal qazanmağı bacarıb.

Super Liqa: “Trabzonspor” 3 xalı 4 qolla qazandı “Real”dan növbəti xal itkisi Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu “Əl-Nəsr”dən darmadağın: Ronaldo akrobatik qolla səhnədə - VİDEO Bundesliqa: XI tura yekun vurulub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью