Premyer Liqa: Zirə səfərdə Sumqayıt a qalib gəlib

15.02.2025

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zirə" Misli Premyer Liqasının XXIII turunda səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib.

Metbuat.az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda rəqibini 3:0 hesabı ilə üstələyib. Qolları Rafael Utziq (14) və Salifu Suma (36; 65) vurublar.

"Zirə" hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin 22 xalı var.

Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью