Premyer Liqada 3 klub “Gəncəbasar”ın bombaridi ilə maraqlanır

24.10.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Gəncəbasar"ın futbolçusu Dileyn Açimi Azərbaycan Premyer Liqası klublarından birinə keçə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
I Liqada 12 qolla bombardir olan 21 yaşlı kamerunlu hücumçu bir neçə Premyer Liqa klubunun diqqətini çəkib. Belə ki, "Qəbələ" və "Şəfa" ilə yanaşı, "Kəpəz" də afrikalı forvardın xidmətində maraqlıdır.
Məlumata görə, Açiminin gələcək taleyinin qış "transfer pəncərəsi"ndə müəyyənləşəcəyi gözlənilir.
Qeyd edək ki, Dileyn Açimi ötən mövsüm I Liqada 14 qola imza atıb. Kamerunlu hücumçu cari mövsümdə isə keçirdiyi 6 oyunda 12 dəfə fərqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью