Premyer Liqada 30cu qələbə İdman və Biz

02.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 30-cu qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XV turuna təsadüf edib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.

“Araz-Naxçıvan”ın ilk uğuru 2000/01 mövsümünə təsadüf edib. Muxtar Respublikanın təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatlarında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью