Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Mançester Siti”nin futbolçusu Savinyo klubu tərk etməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, vinger “Tottenhem”lə anlaşıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Savinyonu razı salan londonlular “Mançester Siti” ilə də məsələni yekunlaşdırmaq üzrədir. “Tottenhem” Savinyo üçün 80 milyon avro qarşılığında anlaşıb. Keçidin yaxın zamanda tamamlanacağı gözlənilir.
22 yaşlı vinger 2024-cü ildən “Mançester Siti”də çıxış edir. O, komandada 56 oyunda forma geyinib.