Premyer Liqada ayın ən yaxşı oyunçusu açıqlandı

16.01.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Lids Yunayted"in hücumçusu Dominik Kalvert-Lyuin ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü olan 28 yaşlı forvard dekabr ayında ölkə çempionatında meydana çıxdığı 5 oyunda 6 qol vurub.

Qeyd edək ki, Dominik Kalvert-Lyuin 2025-ci ilin yayından "Lids Yunayted"də çıxış edir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью