Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.
QOL.az xəbər verir ki, siyahıda “Aston Villa”dan Unay Emeri (5 matç, 4 qələbə, 1 məğlubiyyət), “Mançester Siti”dən Pep Qvardiola (5 matç, 4 qələbə, 1 heç-heçə), “Nyukasl”dan Eddi Hou (5 matç, 4 qələbə, 1 məğlubiyyət), “Vulverhempton”dan Vitor Pereyra (5 matç, 5 qələbə) və “Liverpul”dan Arne Slotdur (5 matç, 4 qələbə, 1 məğlubiyyət) yer alıb.
Mükafatın qalibi mayın 5-də azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, mart ayında Nunu Eşpiritu Santu (“Nottingem Forest”) ən yaxşı məşqçi seçilmişdi.