Premyer Liqada bir ildən sonra ilk qolunu vurdu

01.12.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada bir ildən sonra ilk qolunu vurdu

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee İngiltərə Premyer Liqasında uzun fasilədən sonra qol sevinci yaşayıb.

QOL.az xəbər verir ki, niderlandlı futbolçu 13-cü turda “Kristal Palas”la səfər matçında (2:1) fərqlənməklə 364 günlük qolsuzluq sükutuna aydınlıq gətirib. Görüşün 54-cü dəqiqəsində rəqib qapısına yol tapan Zirkzee 2025/2026 mövsümündəki ilk qolunu vurub.

O, çempionatda sonuncu dəfə 2024-cü il dekabrın 1-də “Everton”a qarşı oyunda (4:0) fərqlənmişdi.

Qeyd edək ki, "Mançester Yunayted" ötən ilin iyulunda "Bolonya"ya 42,5 milyon avro ödəyərək futbolçunu transfer edib. Zirkzee Premyer Liqada keçirdiyi ümumi 38 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью