Premyer Liqada bir ildən sonra üç oyunda heçheçə qeydə alınıb

11.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Misli Premyer Liqasında bir ildən sonra üç oyunda heç-heçə qeydə alınıb.

"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, eyni turda üç bərabərliyin qeydə alınmasına sonuncu dəfə ötən mövsümün XIV turunda təsadüf olunmuşdu.

35 tur əvvəl – ötən ilin noyabrında “Səbail” – “Kəpəz” və “Sumqayıt” – “Zirə” qarşılaşmaları qolsuz, “Neftçi” – “Araz-Naxçıvan” görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Cari mövsümün isə XIII turu "sülhsevərliyi" ilə yadda qalıb. Beş oyundan üçündə heç-heçə qeydə alınıb. “Neftçi” – “Şamaxı” və “Sabah” – “Kəpəz” matçları 2:2, “Səbail” – “Turan Tovuz” qarşılaşması 1:1 hesabı ilə nəticələnib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью