Icma.az bildirir, Modern.az portalına istinadən. Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.
Modern.az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Kəpəz"lə qarşılaşacaq. Şamaxı şəhər stadionununda keçiriləcək matç 14:30-da başlayacaq.
Görüşü İnqilab Məmmədov idarə edəcək. "Şamaxı" hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.
7 xala malik Gəncə təmsilçisi isə sonuncu - 10-cu yerdədir. Günün digər görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Rəşad Əhmədovun idarə edəcəyi "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 17:00-da start veriləcək.
"Zirə" turnir cədvəlində 20 xalla beşincidir. "Sumqayıt" isə 16 xalla altıncı yerdədir.
Misli Premyer Liqası II dövrə, XV tur 30 noyabr 14:30. “Şamaxı” – “Kəpəz” Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər
VAR: Tural Qurbanov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Əmrah İbrahimov. Şamaxı şəhər stadionu 17:00.