Premyer Liqada daha bir istefa

15.12.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

“Vulverhempton” rəsmi saytında baş məşqçi Qari O’Nilin istefaya göndərildiyini açıqlayıb.

“Biz Qariyə klubda olduğu müddətdə göstərdiyi bütün səy, fədakarlıq və zəhmətə görə çox minnətdarıq və ona gələcək üçün uğurlar arzulayırıq”, – bəyanatda deyilir.

Daha əvvəl bildirilmişdi ki, “Vulverhempton” İngiltərə Premyer Liqasının 16-cı turunun “İpsviç”lə dünən, dekabrın 14-də baş tutan oyununda (1:2) məğlubiyyətdən sonra komandanın baş məşqçisi Qari O’Nili istefaya göndərmək qərarına gəlib.

“Daily Mail” yazır ki, ingilis mütəxəssisin yerinə əsas namizəd “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşerdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью