Premyer Liqada dörd klub sarı vərəqə limitinə görə cərimə edildi

08.09.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə Misli Premyer Liqasının dördüncü turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan dörd klub ümumilikdə 2 800 manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz” - “Şamaxı” matçında gəncəlilərin altı, qonaqların isə dörd futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib.

Sentyabrın 6-da baş tutan “Turan Tovuz” - “Sumqayıt” görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin beş, sumqayıtlıların altı oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью