Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mançester Yunayted" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında yaradılan qol epizodlarının sayına görə liderdir.
QOL.az xəbər verir ki, bu barədə "WhoScored" nəşri məlumat yayıb. Beləliklə, statistikaya əsasən, komanda rəqib qapısı qarşısında 207 qol şansı yaradıb. Bu göstəricidə ikinci yerdə 204 epizodla "Liverpul" qərarlaşıb. İlk "üçlüy"ü 186 şansla "Mançester Siti" tamamlayıb. Sonrakı yerləri isə "Çelsi" (181) və "Arsenal" (171) tutur.
Turnir cədvəlinə gəlincə isə 17 turdan sonra "Mançester Yunayted" 26 xalla 7-ci pillədədir. "Liverpul" 29 xalla 5-ci, eyni xala malik "Çelsi" isə əlavə göstəricilərə görə 4-cü yerdədir. Lider "Arsenal"dan cəmi 2 xal geri qalan "Mançester Siti" isə 37 xalla 2-ci pillədə qərarlaşıb.