Premyer Liqada fasiləyə qədər: “Kəpəz” və digərləri…

02.09.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasında 3 turdan sonra ən çox qol vuran komanda “Zirə”dir.

Futbolpress.az-ın məlumatına görə, sonuncu turda “Kəpəz”ə 5 cavabsız qol vuran “qartallar” daha öncə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib, “Qəbələ”yə 2:1-lə qalib gəlib.

Çempionatda ən az qol vuran iki komanda var – “Neftçi” və “İmişli”. Mövsümə çempionluq iddiası ilə başlayan “ağ-qaralar” Premyer Liqada qələbə qazana bilməyən 4 kollektivdən də biridir.

Digərləri “Kəpəz”, “Qəbələ” və “Şamaxı”dır. “Kəpəz”in ümumiyyətlə xalı – qələbəsi, heç-heçəsi yoxdur. Üç görüşdə də məğlub olan “sarı-göylər” 3 turun ən zəif kollektividir.

Premyer Liqada heç-heçəsi olmayanlar isə “Qarabağ” və “Sabah”dır. Komandaların ilk turdakı oyunu “Qarabağ”ın Çempionlar Liqası matçı üçün təxirə salınıb və hər iki kollektiv 2 oyunda 1 qələbə qazanıb, 1 dəfə uduzub.

3 turda 2 qələbə qazanan komandaların sayı isə 4-dür. “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Turan Tovuz” mövsümə yaxşı start verən kollektivlərdir.

Fasiləyə qədər ən çox qol buraxanlar isə sonucu “Kəpəz” – 11 qol və debütant “Karvan-Yevlax”dır – 5 qol.

Premyer Liqada milli komandaların oyununa görə yaranmış fasilə sentyabrın 12-də “Qarabağ” – “Zirə” oyunu ilə başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью