Premyer Liqada hakim dəyişikliyi olub

19.11.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik olub.

AZƏRTAC xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью