Premyer Liqada hakim sayı da artdı, qovulanlar da STATİSTİKA

06.10.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında 7 tur geridə qalıb. Keçirilən 41 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub. Son turda daha bir ədalət təmsilçisi bu mövsüm baş hakim kimi debüt edib. Nicat İsmayıllı "Qarabağ" - "Kəpəz" (1:0) matçını idarə edib. 

Fanat.Az-ın hesablamasına görə, son turda oyun sayı 4-ə çatan ədalət təmsilçilərinin sıraları genişlənib. Belə ki, 5 referi indiyə qədər 4 oyun idarə edib. Söhbət Əliyar Ağayev, Kamal Umudlu, Fərid Hacıyev, Elçin Məsiyev və Cavid Cəlilovdan gedir. 

Yeddi turda 3 oyun idarə edən ədalət təmsilçiləri də 5 nəfərdir. Rəvan Həmzəzadə, Rauf Cabarov, Rəşad Əhmədov, Tural Qurbanov və İnqilab Məmmədov liderləri təqib edirlər. 

Son turda debüt edən Nicat İsmayıllı ilə yanaşı, Elvin Bayramov isə cəmi 1 dəfə iş başında olub.

Yeddinci turda 29 sarı və 1 qırmızı vərəqədən istifadə ediblər. "Zirə" - "Neftçi" matçını idarə edən FİFA referisi Kamal Umudlu meydan sahiblərinin oyunçusu Ayron Qomisi ikinci xəbərdarlıqdan sonra qovub.

Beləliklə, 7 turun yekununda bu rəqəmlər müvafiq olaraq "155" və "5" olub. Nəticədə ümumi vərəqə sayı 160-a çatıb. Bu da hər oyuna orta hesabla 3,9 vərəqə deməkdir. FİFA referiləri Əliyar Ağayev, Elçin Məsiyev və Kamal Umudlu o birilərdən çox əllərini ciblərinə atıblar. Hərəsi 18 vərəqədən istifadə ediblər. 

Əliyar Ağayev - 4 oyun

meydan sahibi    8 sarı 2 qırmızı 
qonaqlar    8    0
cəmi:    16    2

Kamal Umudlu - 4 oyun

meydan sahibi    9    1
qonaqlar    8    0
cəmi:    17    1

Elçin Məsiyev - 4 oyun

meydan sahibi    8    0
qonaqlar    10    0
cəmi:    18    0

Cavid Cəlilov - 4 oyun

meydan sahibi    4    0
qonaqlar    10    0
cəmi:   14    0

Fərid Hacıyev - 4 oyun

meydan sahibi   10   0 
qonaqlar    4    0
cəmi:    14    0

Rəşad Əhmədov - 3 oyun

meydan sahibi    5    0
qonaqlar    11    0
cəmi:   16    0

İnqilab Məmmədov -  3 oyun

meydan sahibi  5   0
qonaqlar    7    0
cəmi:    12    0

Rəvan Həmzəzadə - 3 oyun

meydan sahibi    4    0
qonaqlar    3    0
cəmi:    7    0

Tural Qurbanov - 3 oyun

meydan sahibi  4    1
qonaqlar    7    0
cəmi:    11    1

Rauf Cabarov -  3 oyun

meydan sahibi    3    0
qonaqlar    3   1
cəmi    6    1

Əli Əliyev - 2 oyun

meydan sahibi  3    0
qonaqlar    5    0
cəmi:   8    0

Kamranbəy Rəhimov - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    4    0
cəmi:    8    0

Nicat İsmayıllı - 1 oyun

meydan sahibi  2    0
qonaqlar    3    0
cəmi:    5    0

Elvin Bayramov - 1 oyun

meydan sahibi  3    0
qonaqlar    0    0
cəmi:    3    0

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью