Premyer liqada hamını arxada qoydu

27.05.2026

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş İngiltərə premyer-liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi mövsüm ərzində çempionatda 8 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Rəqib qapıları qarşısında 132 qol vəziyyəti yaradan futbolçu bu göstəricidə də liqanın ən yaxşısı olub. Bruno səsvermədə David Rayya, Deklan Rays (hər ikisi “Arsenal”), Erlinq Holann (MS) və Morqan Gibbs-Uaytı (Nottingem Forest) qabaqlayıb.
Əlavə edək ki, Fernandeş premyer-liqa tarixində “Mançester Yunayted”in bu mükafatı qazanan 7-ci futbolçusu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью