Premyer Liqada hamını qabaqladı

04.04.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi məlum olub.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. “Nottinqem Forest”ə başçılıq edən portuqaliyalı mütəxəssis Nuno Espirito Santo ayın ən yaxşısı seçilib. 

Onun komandası ötən ay “Mançester Siti” və “İpsviç Taun”u məğlub edib. İngiltərə Premyer Liqasının 30 turundan sonra "Nottingem Forest" 57 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

Espirito Santo 2023-cü ildən sözügedən komandaya rəhbərlik edir. Portuqaliyalı məşqçi əvvəllər "Vulverhempton", "Tottenhem", "Portu", "Valensiya", "Rio Ave" və "Əl-İttihad"da işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью